kitablar.com Authors Languages Formats Tags All books Contac Login
 

Abdulla Şaiq seçilmiş əsərləri birinci cild

Abdulla Şaiq seçilmiş əsərləri birinci cild

XX əsrin əvvəlində nəşr etdirdiyi şeir, hekayə və pyesləri, ədəbi-
publisist yazıları, müntəxəbat və dərslikləri bir yazıçı və pedaqoq kimi,
romantik çalarla aşılanmış maarifçi-realist ədəbi hərəkatın görkəmli xadimi
kimi Abdulla Şaiqə geniş şöhrət qazandırmışdır. Ədib həm yaradıcılığı, həm
də müəllimlik fəaliyyəti ilə Azərbaycan ədəbi dilinin büllurlaşmasına
hərtərəfli xidmət etmişdir. Şaiqin mənsur dili XX əsr Azərbaycan nəsrinin,
bu nəsrin bugünkü ifadə mükəmməlliyinə ən yaxın olan bədii ifadə və üslub
nümunələrindən biridir.
Yaradıcılığının çoxşaxəliliyi onun əsərlərinin məzmun və ideya-bədii
keyfiyyətlərinə öz müsbət təsirini göstərmiş, bu əsərlərə ümumxalq məhəb-
bəti qazandırmışdır.
Ədibin “Seçilmiş əsərləri”nin üçcildliyinin I cildinə lirik hekayəçiliyi-
mizin və iri formalı milli nəsrin klassik örnəkləri sayılan hekayələri, povesti
və romanları daxil edilmişdir.

Format Size
PDF 1.1 MB Download